Saxta məktub aranı qarışdırdı

Saxta məktub
23 İyul 2025 00:31

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerom Pauellin istefa verdiyinə dair iddialar son günlərdə sosial şəbəkələrdə sürətlə yayılıb. Bu xəbərlər dünya maliyyə bazarlarında qeyri-müəyyənlik yaradıb. İddialara görə, Prezident Donald Trampın artan təzyiqlərinə dözə bilməyən Pauell vəzifəsindən imtina edib. Lakin Pauell bu məlumatları qəti şəkildə təkzib edib.

Yayılan xəbərlərə əsasən, Trampı dəstəkləyən Utah senatoru Mayk Li, süni intellekt vasitəsilə hazırlanmış saxta istefa məktubuna inanaraq Jerom Pauellin istefa verdiyini iddia edib. Lakin məktubun saxta olduğu qısa zamanda ortaya çıxıb. Pauell, sosial media hesabı vasitəsilə bu xəbərlərə cavab verib:

“İstefa etmirəm. Bundan əlavə, saxta məktub yayan hər bir ağılsızı məhkəməyə verəcəyəm.”

Son 6 ay ərzində ABŞ Prezidenti Donald Tramp, FED sədri Jerom Pauelli 23 dəfə açıq şəkildə tənqid edib və ona qarşı sərt ifadələr işlədib. Tramp FED-in faiz dərəcələrini aşağı salmasını tələb etsə də, Pauell müstəqil siyasət yürütməyə davam edərək təzyiqlərə boyun əyməyib. Bu, iki tərəf arasında ciddi fikir ayrılığına səbəb olub.

Pauellin istefa etdiyi barədə yayılan xəbərlərlə qlobal bazarlarda qısamüddətli qeyri-müəyyənlik yaşandı. İnvestorlar təhlükəsizlik axtarışında qızıla yönəldi və bu metalın qiymətində artım müşahidə olundu. ABŞ dolları isə Pauellin açıqlamasından sonra öz sabitliyini bərpa etməyə başladı.

MONETAR.AZ


Oxşar xəbərlər