Türkiyədə internet bahalaşacaq

Türkiyədə
12 İyun 2025 15:39

MONETAR.AZ

Türk Telekom 1 iyul 2025-ci ildən etibarən sabit internet xidmətlərinə 10–27% arası qiymət artımı tətbiq edəcəyini açıqlayıb. Qiymət artımı ADSL, VDSL və Fiber istifadəçilərini əhatə edəcək.

Yeni tariflərlə limitsiz internet paketlərinin qiymətləri orta hesabla 20 % bahalaşacaq. Ən yüksək artım aşağı sürətli paketlərdə - təxminən 27%, ən az artım isə 1000 Mbps sürətli paketlərdə olacaq - cəmi 10%.

Yenilənmiş qiymətlər həm təminatlı , həm də təminatsız paketlər üçün keçərli olacaq. Lakin mövcud təminatı davam edən istifadəçilərƏ müddət başa çatana qədər bahalaşma təsir etməyəcək.


Oxşar xəbərlər