Bu gündən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılacaq

Bu gündən “28 May” və “Nizami” stansiyaları arasında

“Bakı Metropoliteni” QSC-nin xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Monetar.az xəbər verir ki, sərnişinlərin alternativ nəqliyyat vasitələrinə çıxışını təmin etmək üçün AYNA tərəfindən 6 ekspres marşrut təşkil olunub.

Yeni ekspres marşrutlar belə olacaq:

M1: “Elmlər Akademiyası” – “28 May”
M2: “İnşaatçılar” – “Nizami” – “28 May”
M3: “20 Yanvar” – “Nizami” – “28 May”
M4: “20 Yanvar” – “Koroğlu”
M5: “20 Yanvar” – “Gənclik”
M6: “Elmlər Akademiyası” – “Gənclik”

Bundan başqa, sərnişin tələbatının qarşılanması məqsədilə 20 müntəzəm marşrut xətti üzrə avtobusların sayı artırılacaq.

Dəyişikliklər 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutları əhatə edəcək.

Həmçinin avqustun 13-dən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli marşrutların son dayanacaqları dəyişdirilib. 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində müəyyənləşdirilib.

Qeyd edək ki, tədbirlər “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin dayandırıldığı müddətdə sərnişinlərin alternativ ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi daşıyır.