Çin robotaksi qəzasından sonra yoxlamalar aparılmasını tapşırıb

Çin robotaksi qəzasından sonra

Çin hakimiyyəti yerli orqanlara son hadisədən sonra ağıllı, şəbəkəyə qoşulmuş nəqliyyat vasitələrinin yol sınaqlarının təhlükəsizliyinə nəzarəti gücləndirmək və özünüyoxlamalar aparmaq göstərişi verib.

Sənaye və informasiya texnologiyaları nazirliyi çərşənbə axşamı keçirilən və ictimai təhlükəsizlik, eləcə də nəqliyyat nazirliklərinin nümayəndələrinin iştirak etdiyi iclasdan sonra açıqlama yayıb. Bildirilib ki, yerli hakimiyyət orqanları əsas problemləri müəyyən etməli, təhlil etməli və onların aradan qaldırılması üçün ciddi tədbirlər görməlidir.

İclas, Çinin mərkəzində yerləşən Uhan şəhərində Baidu şirkətinin Apollo Go xidmətinə məxsus bir neçə robotaksi avtomobilində baş verən nasazlıqdan sonra keçirilib. Bu hadisə sürətlə inkişaf edən robotaksi xidmətinin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

MONETAR.AZ