Çində elektromobillərin bazardakı payının yaxın illərdə sürətlə artacağı, lakin onilliyin sonuna doğru artım tempinin zəifləyə biləcəyi proqnozlaşdırılır.
Çinin “Sinopec” neft-qaz korporasiyasının İqtisadiyyat və İnkişaf Araşdırmaları İnstitutunun vitse-prezidenti Feyri Van bildirib ki, 2030-cu ilə qədər ölkədə elektromobillərin payı 75-80 faizə yüksələ bilər.
Onun sözlərinə görə, elektromobillərin bu səviyyədə yayılması Çində neftə olan tələbatın gündəlik orta hesabla 1,2 milyon barel azalmasına səbəb olacaq. Bu göstərici ölkədə neft məhsullarına ümumi tələbatın təxminən 15 faizinə bərabərdir.
“Reuters”in məlumatına görə, Çində elektromobillərin payı artıq dünyada ən yüksək göstəricilərdən biridir. Ölkədə bu göstərici 2020-ci ildə cəmi 5 faiz olduğu halda, 2025-ci ilin iyulunda 53 faizə, 2026-cı ilin iyulunda isə 65 faizə yüksəlib.
Elektromobillərin sürətlə yayılması Çinin neft tələbatına da ciddi təsir göstərir. “Sinopec”in ayrıca proqnozuna əsasən, ölkədə neftə olan tələbatın 2026-cı ildə gündəlik 600 min barel və ya 8,9 faiz azalacağı gözlənilir.
MONETAR.AZ