Qroznı və Bakı arasında müntəzəm aviareyslər oktyabrın 27-dən etibarən bərpa olunacaq. Bu barədə A.A. Kadırov adına Qroznı Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, reyslər Rusiyanın "Utair" aviaşirkəti tərəfindən həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Uçuşların "Boeing 737-800" tipli təyyarələrlə yerinə yetirilməsi nəzərdə tutulur. Qroznıdan qalxış vaxtı yerli vaxtla saat 16:40 olaraq planlaşdırılıb.
Hava limanının açıqlamasında qeyd olunub ki, Bakı istiqamətində birbaşa aviasiya əlaqəsinin bərpası marşrut şəbəkəsinin genişlənməsinə, eləcə də regionun nəqliyyat əlçatanlığının artırılmasına töhfə verəcək.
Yeni reyslərin həm işgüzar səfərlər, həm də turizm və ailə ziyarətləri üçün sərnişinlərin gediş-gəlişini daha rahat edəcəyi gözlənilir.