Hörmüz boğazında gəmi tranziti son iki ayın ən aşağı səviyyəsinə düşüb

Hörmüz boğazında gəmi tranziti son iki ayın ən aşağı

Oktyabrın 6-da Hörmüz boğazından cəmi yeddi ticarət gəmisi keçib. Bu, iyulun 23-dən bəri qeydə alınan ən aşağı göstəricidir.

“Reuters” Kpler analitik şirkətinin məlumatlarına istinadən xəbər verir ki, gəmi hərəkətindəki əsas azalma gəmidən-gəmiyə (STS) yük aşırılması əməliyyatlarında müşahidə olunub.

Kpler analitiklərinin məlumatına görə, Hörmüz boğazından neft daşımalarının həcmi ötən həftənin pik göstəricisi ilə müqayisədə 27 faiz azalaraq sutkada ən azı 10,1 milyon barelə düşüb. Bu göstərici sentyabr ayının orta səviyyəsinə uyğun olsa da, müharibədən əvvəlki həcmin yalnız 74 faizini təşkil edir.

Münaqişə dövründə Qırmızı dəniz sahili və Oman körfəzi istiqamətindən neft ixracı iki dəfədən çox artaraq sutkada 6,7 milyon barelə çatıb. Bu artım Hörmüz boğazından tranzitin azalması nəticəsində yaranan itkilərin müəyyən hissəsini kompensasiya etməyə imkan verir.

Yaxın Şərqdə vəziyyət iyulun əvvəlində İran və ABŞ arasında sülh sazişinin pozulmasından sonra yenidən gərginləşib. Tərəflər qarşılıqlı zərbələri bərpa edib. ABŞ İran limanlarına dəniz blokadası tətbiq edib, İran isə Hörmüz boğazının bağlandığını açıqlayıb.

İran bildirib ki, ABŞ hərbi təzyiqi azaldacağı və İran limanlarına tətbiq olunan blokadanı aradan qaldıracağı təqdirdə, yeddi gün ərzində Hörmüz boğazında gəmiçiliyi bərpa etməyə hazırdır.

MONETAR.AZ