Qaradağ rayonu, Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, məhdudiyyətlə əlaqədar 149, 149E və 164 nömrəli marşrut avtobuslarının hərəkəti alternativ küçələr vasitəsilə təşkil ediləcək.