Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiyməti digər əsas nəqliyyat növləri ilə müqayisədə daha çox artıb.
Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymət indeksi ötən ilin müvafiq dövrünə nisbətən 115,5 faiz təşkil edib. Bu, 15,5 faizlik artım deməkdir.
Hesabat dövründə dəmir yolu ilə sərnişindaşıma xidmətlərinin qiyməti 4,2 faiz, avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiyməti isə 3 faiz yüksəlib. Dəniz nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymət indeksində dəyişiklik qeydə alınmayıb.
Digər tərəfdən, minik avtomobillərinin qiymət indeksi 98,2 faiz təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faizlik azalmaya uyğun gəlir.