“Black Sea Energy” layihəsinin texniki-iqtisadi əsaslandırması bu gün Bakıda təqdim ediləcək 

 “Black Sea Energy” layihəsinin texniki-iqtisadi əsaslandırması

“Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırması oktyabrın 22-də Bakıda təqdim olunacaq.

 Monetar.az xəbər verir ki, bu barədə Avropa İnvestisiya Bankı (EIB) Qrupunun Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Stella Renita Avropa İttifaqı–Azərbaycan biznes forumunda bildirib.

 Onun sözlərinə görə, bank layihənin texniki-iqtisadi əsaslandırmasının təqdimatında iştirak edəcək.

 Stella Renita qeyd edib ki, Avropa İnvestisiya Bankı regionda bağlantıların inkişafına yönəlmiş digər layihələri də araşdırır. Bu təşəbbüslər arasında Qara dənizin rəqəmsal infrastrukturu və Naxçıvanda dəmir yolunun tikintisi də var.

 “Black Sea Energy” layihəsi Xəzər regionunda istehsal olunan yaşıl enerjinin Qara dəniz üzərindən Avropaya ötürülməsini nəzərdə tutan enerji bağlantısı təşəbbüsüdür. Layihənin texniki-iqtisadi əsaslandırması onun həyata keçirilməsinin texniki və iqtisadi imkanlarının qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.