Azərbaycan nefti dünya bazarında 4,6 faiz bahalaşıb

Azərbaycan nefti dünya bazarında

Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əhəmiyyətli dərəcədə artıb.

AZƏRTAC  xəbər verir ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 5,5 dollar və ya 4,6 faiz yüksələrək 124,76 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.