Kriptovalyuta bazarı üçün tarixən əlverişli aylardan biri hesab olunan oktyabrla bağlı müsbət gözləntilər fonunda Bitcoin bu gün də bahalaşmasını davam etdirib.
Dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə saat 09:01-ə 3 faiz bahalaşaraq 86 650,4 dollara yüksəlib. Həftəlik artım isə 2,6 faiz təşkil edib. Bununla da Bitcoin ardıcıl üçüncü həftəni yüksəlişlə başa vurmağa yaxınlaşıb.
Ümumilikdə kriptovalyuta bazarında da müsbət dinamika müşahidə olunur. Lakin ABŞ-da kənd təsərrüfatı sektorundan kənar məşğulluq göstəricilərinin (nonfarm payrolls) açıqlanması ərəfəsində investorların ehtiyatlı mövqeyi bazarda daha sürətli artımın qarşısını alıb.
İnvestorlar xüsusilə əmək bazarına dair yeni məlumatların ABŞ Federal Ehtiyat Sisteminin gələcək pul siyasətinə mümkün təsirini qiymətləndirirlər. Bu amil kriptovalyutalar da daxil olmaqla riskli aktivlərin dinamikası üçün əsas göstəricilərdən biri olaraq qalır.
MONETAR.AZ