Azərbaycanın avtomobil idxalında qiymət fərqi: ən bahalı seçim hansıdır?

Azərbaycanın avtomobil idxalında qiymət fərqi:

Azərbaycanın avtomobil idxalı üzrə statistik göstəricilərin təhlili göstərir ki, ölkəyə gətirilən nəqliyyat vasitələrinin texnoloji xüsusiyyətləri ilə onların orta idxal qiyməti arasında birbaşa əlaqə mövcuddur.

Dövlət Gömrük Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, hesabat dövründə idxal edilən avtomobillərin orta statistik qiymətləri fərqli olub.

Belə ki, 108 ədəd tam elektrikli avtomobilin (EV) bir ədədinin orta idxal qiyməti 30 263 ABŞ dolları təşkil edib. 4 584 ədəd hibrid avtomobil üzrə bu göstərici 20 010 ABŞ dolları, 2 082 ədəd daxili yanma mühərrikli (benzin və dizel) avtomobil üzrə isə 14 753 ABŞ dolları olub.

Hesablamalar göstərir ki, orta statistik elektrikli avtomobil daxili yanma mühərrikli avtomobillə müqayisədə təxminən iki dəfə baha başa gəlir.

Minik avtomobilləri bazarında texnologiyaların pay bölgüsü də diqqət çəkir. Ümumilikdə idxal edilən 6 774 minik avtomobilinin 69,3 faizi ekoloji avtomobillərin (hibrid və elektrikli), 30,7 faizi isə ənənəvi benzin və dizel mühərrikli nəqliyyat vasitələrinin payına düşür. Bu isə o deməkdir ki, ölkəyə gətirilən hər 10 minik avtomobilindən təxminən 7-si elektrik texnologiyasından istifadə edir.

Statistikada digər maraqlı məqam xüsusi təyinatlı nəqliyyat vasitələri ilə bağlıdır. Cəmi 59 ədəd belə avtomobil üçün 7 milyon 853,7 min ABŞ dolları vəsait ödənilib. Bu isə bir ədəd xüsusi təyinatlı texnikanın orta qiymətinin təxminən 133 min dollar olduğunu göstərir.

MONETAR.AZ