Yanvarda idxalın 15,5 faizi yeyinti məhsullarının payına düşüb

Yanvarda idxalın 15,5 faizi

2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi idxalı 1 milyard 302 milyon 215 min ABŞ dolları təşkil edib. Rəsmi statistikaya əsasən, idxal strukturunda yeyinti məhsulları mühüm paya malik olub.

Yeyinti məhsullarının idxalı 202 milyon 419 min ABŞ dolları təşkil edib ki, bu da ümumi idxalın 15,54 faizinə bərabərdir.

Ərzaq məhsulları üzrə əsas göstəricilər belədir:

  • Ət idxalı 3 331,68 ton olmaqla 8 milyon 208,93 min dollar təşkil edib (0,63 faiz).

  • Süd və qaymaq idxalı 2 145,18 ton həcmində olub, dəyəri 3 milyon 428,77 min dollar (0,26 faiz) təşkil edib.

  • Kərə yağı və süddən hazırlanan digər yağlar 1 907,96 ton həcmində idxal olunub, 12 milyon 625,60 min dollar dəyərində (0,97 faiz).

  • Tərəvəz və meyvə idxalı 37 919,27 ton olub, 33 milyon 436,46 min dollar (2,57 faiz).

  • Çay idxalı 766,55 ton, 5 milyon 333,04 min dollar (0,41 faiz).

  • Buğda idxalı 129 932,80 ton, 28 milyon 871,68 min dollar (2,22 faiz).

  • Qarğıdalı idxalı 7 579,46 ton, 1 milyon 411,94 min dollar (0,11 faiz).

  • Düyü idxalı 8 231,09 ton, 7 milyon 322,11 min dollar (0,56 faiz).

  • Bitki və heyvan mənşəli piylər və yağlar 9 874,96 ton həcmində idxal olunub, 14 milyon 868,31 min dollar (1,14 faiz).

MONETAR.AZ