Maşın və nəqliyyat vasitələrin idxalına milyonlar xərclənir

Maşın və nəqliyyat vasitələrin idxalına

2026-cı ilin yanvar ayında Azərbaycanın idxal strukturunda qeyri-ərzaq məhsulları üstünlük təşkil edib.

Statistik göstəricilərə əsasən, qeyri-ərzaq malları arasında ən böyük pay maşın, mexanizm, elektrik aparatları və avadanlıqların payına düşüb. Bu kateqoriya üzrə idxalın dəyəri 306 milyon 253,43 min ABŞ dolları olub ki, bu da ümumi idxalın 23,52 faizini təşkil edir.

Nəqliyyat vasitələri və onların hissələrinin idxalı 204 milyon 156,25 min dollar və ya 15,68 faiz olub. Qara metallar və onlardan hazırlanan məmulatlar isə 98 milyon 673,53 min dollar dəyərində idxal edilib ki, bu da ümumi idxalın 7,58 faizinə bərabərdir.

Əczaçılıq məhsulları üzrə idxal 47 milyon 312,13 min dollar (3,63 faiz), plastmassa və onlardan hazırlanan məmulatlar üzrə isə 47 milyon 517,29 min dollar (3,65 faiz) təşkil edib.

Bundan əlavə, oduncaq və ondan hazırlanan məmulatlar 26 milyon 560,92 min dollar (2,04 faiz), geyim əşyaları 30 milyon 123,30 min dollar (2,31 faiz), mebel və onun hissələri isə 8 milyon 251,49 min dollar (0,63 faiz) dəyərində idxal olunub.

Digər mallar üzrə idxalın həcmi 317 milyon 113,58 min dollar və ya ümumi idxalın 24,36 faizi səviyyəsində qeydə alınıb.

MONETAR.AZ