İran Azərbaycandan idxalı kəskin azaldıb

İran Azərbaycandan idxalı kəskin

Cari İran ilinin 10 ayı ərzində (21 mart 2025-ci il — 20 yanvar 2026-cı il) İranın Azərbaycandan idxal etdiyi məhsulların həcmi ötən ilin eyni dövrü (20 mart 2024-cü il — 19 yanvar 2025-ci il) ilə müqayisədə dəyər ifadəsində 58%, çəki baxımından isə 53,7% azalıb.

Bu barədə Trend  İran Gömrük Xidmətinin statistikasına istinadən məlumat yayıb.

Statistikaya görə, son 10 ayda İran Azərbaycandan 5 min ton həcmində, təxminən 11,4 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Ötən ilin eyni dövründə isə İran Azərbaycandan 10,9 min ton məhsulu 27 milyon dollar dəyərində idxal etmişdi.

Hesabat dövründə İran Azərbaycandan müxtəlif avadanlıqlar, preslənmiş soya, müxtəlif növ profillər və digər məhsullar alıb.

Qeyd edilib ki, 10 ay ərzində İranla Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 724 min ton həcmində, 496 milyon dollar dəyərində olub. Bu müddətdə ixrac dəyər ifadəsində 17,3%, çəki baxımından isə 1,9% azalıb.