Qlobal narahatlıqlar və milli prioritetlər – Münhen Təhlükəsizlik İndeksi 2026

Qlobal narahatlıqlar və milli prioritetlər –

Münhen Təhlükəsizlik Konfransı  Security çərçivəsində təqdim olunan Münhen Təhlükəsizlik Hesabatı 2026 müxtəlif ölkələrdə əhalinin əsas risklərə yanaşmasında ciddi fərqlərin olduğunu ortaya qoyub.

2025-ci ilin noyabr ayında hər ölkə üzrə təxminən 1000 nəfər arasında keçirilmiş sorğu əsasında tərtib edilən Münhen Təhlükəsizlik İndeksi 2026 riskləri beş meyar üzrə – ümumi təsir, inkişaf trayektoriyası, ciddilik dərəcəsi, yaxınlıq və hazırlıq səviyyəsi – 0-dan 100-ə qədər balla qiymətləndirib.

Hesabata əsasən, Braziliyada iqlim dəyişikliyi (78 bal), həmçinin ekstremal hava hadisələri və meşə yanğınları (77 bal) əsas narahatlıq mənbəyidir. Bu, ölkənin ekoloji böhranlara qarşı həssaslığı ilə izah olunur. Hindistanda da iqlim dəyişikliyi (53 bal) və təbii yaşayış mühitlərinin məhv edilməsi (51 bal) başlıca risklər kimi göstərilib. Bu isə “Qlobal Cənub” ölkələrində ekoloji təhdidlərin aktuallığını nümayiş etdirir.

Almaniya və Böyük Britaniyada isə kibertəhlükələr ön plana çıxır. Hər iki ölkədə kiberhücumlar (müvafiq olaraq 75 və 74 bal) ən ciddi risk kimi qiymətləndirilib. Bu, süni intellekt və rəqəmsal təhlükəsizlik sahəsində artan narahatlıqlarla əlaqələndirilir.

İqtisadi və maliyyə böhranları Yaponiya (70 bal), Böyük Britaniya (70 bal) və ABŞ-da (67 bal) əsas risklər sırasında yer alır. ABŞ-da eyni zamanda siyasi qütbləşmə də (67 bal) ciddi təhlükə kimi qiymətləndirilir.

Kanadada ticarət müharibələri (68 bal), eləcə də ekstremal hava hadisələri və meşə yanğınları (65 bal) əsas narahatlıq doğuran məsələlərdir. Çində isə ABŞ (38 bal) və ticarət müharibələri (31 bal) başlıca risk kimi göstərilib ki, bu da ölkənin təhlükəsizlik baxışında geosiyasi gərginliyin mühüm rol oynadığını göstərir.

MONETAR.AZ