Dəmir Yolları Balakən istiqamətinə endirim təklif edir

 Dəmir Yolları Balakən istiqamətinə endirim

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə Bakı–Balakən–Bakı istiqamətində 10% endirimli dəmir yolu biletləri təqdim edib.

ADY-nin mətbuat xidmətinin məlumatına görə, xüsusi tarif planı məhz qış mövsümü üçün tətbiq olunur.

Endirim tətbiq edildikdən sonra Bakıdan Balakənə və geri səyahət etmək üçün gündəlik iş günlərində ödəniləcək məbləğ cəmi 16,2 manat təşkil edəcək.