İranda internetin açılması təsdiqləndi

 İranda internetin

Məsud Pezeşkiyan İranın beynəlxalq internetə çıxışının bərpası ilə bağlı qərarı təsdiqləyib. Qərara əsasən, ölkədə uzun müddətdir məhdudlaşdırılan qlobal internet bağlantısının yenidən təmin olunması nəzərdə tutulur.

Məlumata görə, qərar “Virtual Məkanı Tənzimləmə Şurası” tərəfindən qəbul edilib və icra üçün İran İslam Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi-na göndərilib.

İranda beynəlxalq internetə çıxış 2025-ci ilin dekabrında baş verən etirazlardan sonra məhdudlaşdırılmışdı. Daha sonra vəziyyətin gərginləşməsi ilə ölkədə qlobal internetə çıxış uzun müddət tam və ya qismən dayandırılmışdı.

Rəsmilər bildirirlər ki, internet məhdudiyyətləri ölkə iqtisadiyyatına ciddi təsir göstərib və gündəlik milyonlarla dollar zərərə səbəb olub. Bu səbəbdən internetin mərhələli şəkildə açılması istiqamətində qərar verilib.

Hazırda ölkədə yalnız bəzi xüsusi qruplar – diplomatlar, dövlət rəsmiləri və media nümayəndələri üçün məhdud internet çıxışı mövcud idi. Digər istifadəçilər isə əsasən VPN vasitəsilə qlobal şəbəkəyə qoşulurdular.

Yeni qərarın icrası ilə bağlı texniki və mərhələli tədbirlərin yaxın günlərdə həyata keçirilməsi gözlənilir.

MONETAR.AZ