Microsoft korporasiyası və Bleeping Computer kibertəhlükəsizlik portalının yaydığı birgə məlumata görə, Windows əməliyyat sisteminin rəsmi və daxili müdafiə sistemi olan "Windows Defender" (Windows Təhlükəsizliyi) proqramında iki kritik boşluq aşkarlanıb.
Təhlükənin ciddiliyini nəzərə alan texnologiya nəhəngi, istifadəçilərin kibehücumlara məruz qalmaması üçün təcili təhlükəsizlik yeniləmələrini istifadəyə verib.
Kiber-mütəxəssislər tərəfindən sistemin daxili nüvəsində tapılan boşluqlar iki əsas komponenti hədəf alır:
-
CVE-2026-45498 ("Zero-Day" təhlükəsi): Bu boşluq xüsusilə təhlükəlidir, çünki o, "zero-day" (sıfırıncı gün) statusundadır, yəni boşluq aşkarlandığı ana qədər ona qarşı hər hansı bir müdafiə mexanizmi mövcud olmayıb. Kibercinayətkarlar bu boşluqdan istifadə edərək sistemdə xidmətin dayandırılması (DoS) hücumları reallaşdıra və kompüterin idarəetməsini tam ələ keçirə bilərlər.
-
CVE-2026-41091 (Malware Protection Engine): Digər boşluq isə birbaşa Windows-un zərərli proqramlardan qorunma mühərrikinə (Microsoft Malware Protection Engine) təsir edir. Bu sistem virusların skan edilməsinə cavabdeh olan əsas komponentdir.
Microsoft bütün Windows istifadəçilərinə vaxt itirmədən aşağıdakı ardıcıllıqla təhlükəsizlik yeniləmələrini quraşdırmağı (Update etməyi) tövsiyə edir:
1.Ayarlara daxil olun:Windows + I.
May ayının əvvəlində məşhur texnologiya nəşri ZDNet-in ekspertləri Windows-un daxili antivirusunun effektivliyi ilə bağlı tənqidi hesabat yayımlamışdılar. Tədqiqatlara görə, proqram zərərli proqramları bloklamaq qabiliyyətinə malik olsa da, onun bir çox vacib və qabaqcıl müdafiə funksiyaları sistem quraşdırılarkən standart olaraq deaktiv (sönülü) vəziyyətdə gəlir. Bu isə əlavə tənzimləmə aparmayan sıravi istifadəçiləri kiberfırıldaqçılar qarşısında müdafiəsiz qoyur.
Yalnız daxili antivirusa güvənmək riskli ola bilər. Kompüterinizin tam təhlükəsizliyi üçün Windows tərəfindən yayımlanan həftəlik rəsmi yeniləmələri əsla gecikdirməyin və şübhəli keçidlərə (linklərə) klikləməkdən yayınaraq rəqəmsal gigiyena qaydalarına riayət edin.
MONETAR.AZ