Süni intellekt sahəsində ABŞ-ın ən qabaqcıl startaplarından biri olan "Anthropic", Çin şirkətlərinin onun güclü AI modellərindən (o cümlədən məşhur "Claude" ailəsindən) qanunsuz və icazəsiz istifadəsinin qarşısını almaq üçün təhlükəsizlik qalxanını maksimum səviyyəyə qaldırıb. "Financial Times" (FT) qəzetinin araşdırmasına görə, rəsmi qadağalara baxmayaraq, bir sıra Çin texnologiya korporasiyaları xaricdəki törəmə müəssisələri və qlobal bulud infrastrukturundan istifadə edərək bu məhdudiyyətləri manipulyasiya edə biliblər.
"Anthropic" rəhbərliyi isə sızma nöqtələrini tamamilə sıradan çıxarmaq üçün həm hüquqi, həm də unikal texniki monitorinq alətlərini işə salıb.
Məlumata görə, "Anthropic" hələ 2025-ci ilin sentyabrında sanksiyaları sərtləşdirərək Çin şirkətləri ilə yanaşı, onların ölkə xaricindəki strukturlarına da xidmət göstərilməsini tam qadağan edib. Lakin daxili araşdırmalar Çin nəhənglərinin fərqli bypass (dolanma) mexanizmlərindən istifadə etdiyini aşkarlayıb. Şirkət öz əməkdaşlarına "Claude" xidmətinə Sinqapurdakı rəsmi bölməsinin korporativ hesabları və daxili şəbəkəsi vasitəsilə birbaşa çıxış imkanı yaradıb.Şirkət rəsmi korporativ hesab açmaq riskindən qaçmaq üçün əməkdaşlarının fərdi "Claude" abunəlik xərclərini rəsmi şəkildə maliyyələşdirib, işçilər isə sistemə VPN üzərindən qoşulublar. Bəzi Çin laboratoriyaları xaricdəki törəmə müəssisələri vasitəsilə "Microsoft Azure" beynəlxalq bulud platforması üzərindən "Anthropic" modellərindən materik Çindəki mütəxəssisləri üçün tranzit çıxış təmin ediblər.
Sözügedən manipulyasiyaların qarşısını almaq üçün "Anthropic" yalnız IP ünvanları yoxlamaqla kifayətlənməyib, proqram təminatçıları üçün nəzərdə tutulmuş yeni "Claude Code" alətinə xüsusi casus filtrlər inteqrasiya edib. Bu filtrlər istifadəçinin kompüterinin lokal saat qurşağını, iş mühitini və proksi-server parametrlərini analiz edərək onun real olaraq Pekində və ya Şanxayda yerləşdiyini dərhal təyin edə bilir.
"Anthropic" bəyan edib ki, qabaqcıl AI istehsalçıları arasında yalnız onlar Çin Xalq Respublikasının nəzarətində olan bütün strukturların həm materikdəki, həm də xaricdəki qollarını 100% qara siyahıya salıb və "tranzit xidmətləri" göstərən vasitəçiləri kütləvi şəkildə bloklayır.
"Reuters" agentliyinin bu gün – 3 iyul 2026-cı il tarixli eksklüziv məlumatına görə, Çinin ən böyük elektron ticarət və texnologiya konqlomeratı "Alibaba" təcili daxili direktiv yayıb. Şirkət "Anthropic"in coğrafi yerləşməni aşkar edən yeni texnologiyasından sonra bütün əməkdaşlarına iş məqsədilə "Claude Code"dan istifadəni qəti şəkildə qadağan edib. Mühəndis və proqramçılara dərhal "Alibaba"nın öz daxili məhsulu olan "Qoder" platformasına keçmək əmri verilib.
"Anthropic" bir müddət əvvəl "Alibaba"nı qanunsuz distillasiyada (data oğurluğunda) ittiham etmişdi. İddiaya görə, Çin şirkəti özünün zəif AI modelini "Anthropic"in super qabaqcıl "Mythos Preview" modelindən gələn cavablar (sinaptik data) əsasında öyrədərək ABŞ texnologiyasını kopyalamağa çalışıb.
Çin qanunvericiliyi xarici süni intellekt modellərinin ölkə daxilində sıravi istehlakçılara xidmət göstərməsini qadağan etsə də, bu qadağa elmi tədqiqat, daxili korporativ inkişaf və yeni daxili modellərin yaradılması (R&D) proseslərinə şamil edilmir.
"Anthropic" tərəfindən atılan bu addım, ABŞ və Çin arasındakı texnoloji soyuq müharibənin yarımkeçirici (çip) embarqolarından sonra proqram təminatı və alqoritmlər səviyyəsinə keçdiyini sübut edir. Şərq şirkətləri qabaqcıl generativ AI modellərini sıfırdan öyrətmək üçün lazım olan data və arxitekturadan məhrum olmamaq məqsədilə hər vəchlə ABŞ neyron şəbəkələrinə sızmağa çalışır. "Alibaba"nın daxili qadağası isə Çin korporasiyalarının rəqəmsal casusluq və ya lisenziya pozuntusu fonunda hüquqi sanksiyalarla üzləşmək qorxusunun real göstəricisidir.
MONETAR.AZ