Naxçıvanda GPON layihəsinə 7,2 milyon manat ayrılır

Naxçıvanda GPON layihəsinə

"Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC GPON layihəsi çərçivəsində BRAS, OLT, ONT və digər şəbəkə avadanlıqlarının satın alınması ilə bağlı açıq tender elan edib.

Tender elanına əsasən, satınalan təşkilat "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-dir. Satınalmanın predmeti GPON layihəsi üzrə BRAS, OLT, ONT və digər şəbəkə avadanlıqlarının alınmasını əhatə edir.

Müsabiqənin nömrəsi 2026/AT/03143/V2, təsnifat kodu isə 43222600 – Şəbəkə xidmət avadanlığıdır.

Satınalmanın ehtimal olunan dəyəri 7 milyon 188 min 112,56 manat təşkil edir.

Tender 2026-cı il iyulun 24-də elan olunub. İştirakçılar təkliflərini 3 avqust 2026-cı il saat 20:00-dək təqdim edə bilərlər. Təklif zərflərinin açılışı da həmin tarix və saatda həyata keçiriləcək.

Qeyd edək ki, GPON (Gigabit Passive Optical Network) texnologiyası yüksəksürətli fiber-optik internet və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün istifadə olunan müasir şəbəkə həllərindən biridir.

Monetar.az