“Apple” şirkəti tarixində ilk dəfə sensorlu displeylə təchiz edilmiş yeni nəsil MacBook Pro noutbuklarını təqdim edib. Şirkətin məlumatına görə, yeni modellər tandem OLED texnologiyası əsasında hazırlanmış PROLED XDR displeyi ilə təchiz olunub.
Yeni MacBook Pro modelləri 14 və 16 düymlük ekran ölçülərində təqdim edilir. PROLED XDR (tandem OLED) displeyi yüksək təsvir keyfiyyəti, geniş rəng diapazonu və 120 Hz dəyişkən yenilənmə tezliyi təklif edir.
Noutbuklarda “iPhone” istifadəçilərinə tanış olan Dynamic Island funksiyası və Apple Intelligence süni intellekt alətləri də yer alıb. Bundan əlavə, cihazların audio sistemi təkmilləşdirilib.
Yeni MacBook Pro modelləri M5 Pro və M5 Max prosessorları ilə işləyir. Cihazlar 128 GB-dək vahid operativ yaddaş və 16 TB-dək daxili yaddaş tutumu ilə təklif olunur.
Şirkətin açıqlamasına əsasən, noutbukların batareyası bir dəfə enerji yükləməklə 24 saatadək işləməyə imkan verir.
Yeni MacBook Pro modellərinin ilkin qiymətləri 14 düymlük versiya üçün 2 899 dollar, 16 düymlük model üçün isə 3 399 dollar təşkil edir.
Əvvəlcədən sifarişlərin oktyabrın 28-də açılması, cihazların pərakəndə satışına isə noyabrın 6-da başlanması nəzərdə tutulur.
Təqdimat “Apple” şirkətinin yeni məhsul və proqram təminatı elanları ilə yadda qalan həftəsinə təsadüf edir. Şirkət daha əvvəl M6 prosessoru əsasında hazırlanmış 14 düymlük MacBook Pro modelini və 24 düymlük iMac monoblokunu təqdim edib. Həmçinin video, musiqi və təsvirlərlə işləmək üçün alətləri, eləcə də süni intellekt əsaslı köməkçiləri birləşdirən Creator Studio tətbiqlər paketini elan edib.
MONETAR.AZ