53 nəfər işdən qanunsuz çıxarılıbmış

53 nəfər işdən qanunsuz

Azərbaycanda işçilərin əmək hüquqlarının qorunması və pozulmuş hüquqların bərpası istiqamətində bu ilin yanvar-may aylarında bir sıra tədbirlər həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, həmin dövrdə işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən 378,3 min manat sosial xarakterli vəsait müəyyən edilib. Görülən tədbirlər nəticəsində həmin məbləğin tam şəkildə işçilərə ödənilməsi təmin olunub.

Gecikdirilmiş ödənişlərin 93 faizini əməkhaqqı, 7 faizini isə müavinət, kompensasiya və zərərə görə ödənclər təşkil edib.

Müraciətlərin araşdırılması zamanı 53 işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyi də aşkarlanıb.

Qanunvericiliyə uyğun görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa ediliblər.

MONETAR.AZ