Bu ilin yanvar-may aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 806,8 milyon manat təşkil edib. Bu, proqnoz göstəricisindən 159,1 milyon manat çoxdur.
Məlumata görə, hesabat dövründə qeyri-büdcə təşkilatları üzrə sosial sığorta daxilolmaları 1 milyard 877,7 milyon manatı ötüb.
Beş ay ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar 100,2 milyon manat olub. Bu sahədə də proqnoz 4,5 milyon manatdan çox üstələnib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 77,7 milyon manatdan çox təşkil edib.
Eyni zamanda, icbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 426,1 milyon manatı ötüb. Bu göstərici proqnozdan 11 milyon manatdan çox artıq olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 284,7 milyon manatdan çox qeydə alınıb.
MONETAR.AZ