Ali məktəblərə qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat davam edir

Ali məktəblərə qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat

Azərbaycanda ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdində qüvvəsini sınamaq istəyən namizədlər üçün qeydiyyat prosesi aktiv fazadadır. Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə xatırladır ki, qeydiyyat üçün son tarix 2026-cı il iyunun 8-i müəyyən olunub.

İmtahanda yalnız göstərilən tarixə qədər rəsmi qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər.

İmtahanın 2-ci cəhdində iştirak etmək tamamilə könüllüdür. Qeydiyyat prosesini tamamlamaq üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:

  1. DİM-in müvafiq elektron xidmətlər səhifəsinə daxil olun: eservices.dim.gov.az/erizebak/cehd2

  2. Şəxsi kabinetinizin istifadəçi adı (FİN kodu) və parolunu daxil edərək sistemə giriş edin.

  3. Yenidən imtahan vermək istədiyiniz müvafiq ixtisas qrupunu (və ya altqrupunu) seçərək müraciətinizi təsdiqləyin.

5 iyun saat 09:15-ə olan məlumata əsasən I ixtisas qrupu üzrə 6131, II ixtisas qrupu üzrə 9245, III ixtisas qrupu üzrə 10733, IV istisas qrupu üzrə 1598 olmaqla, ümumilikdə isə 27707 abituriyent qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.

Bütün abituriyentlərə qeydiyyatı gecikdirməməyi tövsiyə edir və qarşıdan gələn qəbul imtahanlarında uğurlar arzulayırıq!