Azərbaycanda sosial sığorta daxilolmaları 4,5 milyard manatı keçib

Azərbaycanda sosial sığorta daxilolmaları

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 546,6 milyon manat təşkil edib.

Monetar.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, proqnozdan əlavə 252,8 milyon manat vəsait daxil olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 3 milyard 52,7 milyon manatı ötüb.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə 161,8 milyon manat, icbari tibbi sığorta haqları üzrə isə 682 milyon manatdan çox vəsait toplanıb.

İşsizlikdən sığorta üzrə proqnozdan əlavə 7,5 milyon manat, icbari tibbi sığorta üzrə isə 17,4 milyon manat daxilolma qeydə alınıb.