Jaguar Land Rover iki il ərzində 4 000 iş yerini ixtisar edəcək

Jaguar Land Rover iki il ərzində 4 000 iş yerini

Britaniyanın lüks avtomobil istehsalçısı Jaguar Land Rover dünən rəqabət qabiliyyətini artırmaq və xərcləri azaltmaq məqsədilə yaxın iki il ərzində dünya üzrə təxminən 4 000 iş yerini ixtisar edəcəyini açıqlayıb.

Şirkət optimallaşdırma proqramı çərçivəsində 1,7 milyard funt sterlinq (təxminən 2,3 milyard ABŞ dolları) həcmində qənaət etməyi və zərərsizlik nöqtəsini ildə təxminən 300 min avtomobil səviyyəsinə endirməyi hədəfləyir.

Bununla yanaşı, Jaguar Land Rover məhsul xəttini yeniləməyə davam edəcəyini bildirib. Şirkətin planına əsasən, qarşıdakı 12 ay ərzində beş yeni model bazara təqdim olunacaq.

Bu addımlar avtomobil istehsalçısının əməliyyat səmərəliliyini artırmaq, dəyişən bazar şəraitinə uyğunlaşmaq və uzunmüddətli rəqabət qabiliyyətini gücləndirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

MONETAR.AZ