Fövqəladə Hallar Nazirliyi iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən bildirilib ki, güclü külək zamanı dənizə girmək həyat üçün təhlükə yarada bilər. Bu səbəbdən vətəndaşlara küləkli havada çimərliklərdə dənizə daxil olmamaq və təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.
Fövqəladə Hallar Nazirliyi, həmçinin hər hansı təhlükəli vəziyyətlə qarşılaşdıqda vətəndaşları 112 qaynar xəttinə müraciət etməyə çağırıb.
MONETAR.AZ