Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 25 iyun 2026-cı ildə doktorantura və dissertantura səviyyəsində xarici dil fənləri üzrə keçirilən fəlsəfə doktoru imtahanından uğurla keçərək şəhadətnamə əldə etmək hüququ qazanan şəxslər sənədlərini əldə edə bilərlər.
Şəhadətnamələr şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusundan verilir.
Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz və Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər isə [email protected] elektron poçt ünvanına müraciət etməlidirlər. Müraciətə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə olunmalıdır.