DİM-in “Könüllülər layihəsi”nə qeydiyyat başlayır

DİM-in “Könüllülər layihəsi”nə

Dövlət İmtahan Mərkəzi (DİM) gənclərin peşəkar bacarıqlarının inkişafına dəstək məqsədilə “Könüllülər layihəsi”nə qeydiyyat elan edib.

Layihənin əsas məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları DİM-in fəaliyyəti ilə yaxından tanış etmək və gələcək karyera planlamalarına töhfə verməkdir.

Layihənin müddəti 3 ay təşkil edir.

Layihədə iştirak etmək üçün 16–25 yaş aralığında olan, ali və ya orta ixtisas təhsili almış, yaxud hazırda təhsil alan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat 26 oktyabr – 13 noyabr 2026-cı il tarixlərində aparılacaq.

İştirak üçün qeydiyyat linki: https://portal.dim.gov.az/volunteer/

Layihənin mərhələləri barədə ətraflı məlumat DİM-in rəsmi internet saytı və sosial şəbəkə hesabları vasitəsilə təqdim olunacaq.