Beynəlxalq statistik göstəricilərə əsasən,əmək məhsuldarlığıüzrə yeni reytinq açıqlanıb.
İrlandiya saatlıq 151 dollar ÜDM göstəricisi ilə siyahıda birinci yerdə qərarlaşıb. Lakin mütəxəssislər bildirirlər ki, bu göstərici ölkədə fəaliyyət göstərən çoxmillətli şirkətlərin təsiri ilə süni şəkildə yüksələ bilər.
İkinci yerdə 132 dollarla Norveç, üçüncü yerdə isə 125 dollarla Lüksemburq yer alır. Bu ölkələrdə yüksək göstəricilər əsasən enerji sektoru və maliyyə xidmətləri kimi kapital tutumlu sahələrin inkişafı ilə izah olunur.
Belçika və İsveçrə hər saat üçün təxminən 99–100 dollar məhsuldarlıqla ilk beşlikdə qərarlaşıb. Danimarka da eyni göstəriciyə yaxın nəticə göstərib.
ABŞ-da əmək məhsuldarlığı 97 dollar səviyyəsində qeydə alınıb ki, bu da OECD orta göstəricisindən (71 dollar) xeyli yüksəkdir. Avstriya, İslandiya, Niderland, Almaniya və İsveç kimi ölkələr də orta göstəricini üstələyən iqtisadi səmərəliliyə malikdir.
Fransa (88 dollar), Finlandiya (83 dollar) və Avstraliya (79 dollar) kimi ölkələr siyahının orta və yuxarı orta hissəsində yer alır.
Mütəxəssislər qeyd edirlər ki, yüksək məhsuldarlıq əsasən texnologiya, maliyyə və əczaçılıq kimi yüksək dəyər yaradan sektorların payının çoxluğu ilə bağlıdır. Əksinə, kənd təsərrüfatı və aşağı əlavə dəyərli xidmətlərin üstünlük təşkil etdiyi iqtisadiyyatlarda göstəricilər daha aşağı olur.
MONETAR.AZ