Azərbaycan qanunvericiliyinə əsasən, bəzi hallarda uşaqların saxlanılması üçün ödənilən alimentin məbləği azaldıla bilər. Bu müddəalar Ailə Məcəlləsində əks olunub.
Qanuna görə, alimentin məbləği tərəflərin ailə və maddi vəziyyəti, eləcə də digər mühüm hallar nəzərə alınmaqla məhkəmə tərəfindən azaldıla bilər.
Alimentin azaldılması üçün əsas sayılan hallar bunlardır:
- ödəyicinin ağır maddi vəziyyətə düşməsi;
- onun xəstəliyi;
- həyat şəraitini ciddi şəkildə çətinləşdirən digər amillər.
Qeyd olunur ki, bu hallar mütləq şəkildə rəsmi sənədlərlə təsdiqlənməlidir.
Eyni zamanda, alimentin azaldılması üçün ödəyici əvvəlcə müvafiq ərizə ilə mediator qurumuna müraciət etməlidir. Əgər mediasiya prosesi nəticə verməzsə, o zaman məsələ ilə bağlı məhkəməyə iddia qaldırmaq mümkündür.