Azərbaycan Texnologiya Universitetində Rəqəmsal texnologiyalar fakültəsinin dekanı vəzifəsi vakant elan olunub.
Monetar.az xəbər verir ki, universitet vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.
Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədlərini elanın dərc olunduğu tarixdən etibarən bir ay ərzində təqdim etməlidirlər.
Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 103 ünvanına göndərilməlidir.
Müsabiqə Təhsil Nazirliyinin 5 fevral 2018-ci il tarixli F-100 nömrəli əmrinə uyğun keçirilir.