Azərbaycanda 2026-cı il üzrə orta ömür uzunluğu 74,9 il səviyyəsində qiymətləndirilir. Bu göstərici ilə ölkə dünya üzrə 237 ölkə və ərazi arasında 133-cü yerdə qərarlaşıb.
Monetar.az xəbər verir ki, BMT-nin “World Population Prospects” hesabatına əsaslanan araşdırmaya görə, Azərbaycanda orta ömür uzunluğu 1950-ci illə müqayisədə 28,6 il artıb.
Reytinqdə Azərbaycan Gürcüstan, Belarus, Ukrayna və Vyetnam kimi ölkələrdən geri qalır. Gürcüstan, Belarus, Ukrayna və Vyetnamda orta ömür uzunluğu 75 il, Qazaxıstanda isə 74,8 il təşkil edir.
Müqayisə üçün qeyd edək ki, 2026-cı ildə dünya üzrə orta ömür uzunluğu 73,8 il proqnozlaşdırılır. Beləliklə, Azərbaycanda bu göstərici qlobal orta səviyyədən 1,1 il yüksəkdir.
1950-ci ildə Azərbaycanda orta ömür uzunluğu 46,3 il olub. Son 76 ildə ən böyük artımlardan biri Banqladeşdə qeydə alınıb - 38,1 il. Liviyada bu artım 42,1 il, Meksikada 31,8 il təşkil edib.
Dünya reytinqində ilk yerdə 86,7 il göstərici ilə Monako qərarlaşıb. Sonuncu yerdə isə 55 il orta ömür uzunluğu ilə Nigeriya yer alıb.