Dövlət İmtahan Mərkəzində (DİM) IELTS beynəlxalq ingilis dili imtahanı 19 noyabr 2026-cı il tarixində keçiriləcək. İmtahanda iştirak etmək istəyən şəxslər noyabrın 14-dək ilkin müraciət edə bilərlər.
DİM-in məlumatına görə, qurum rəsmi IELTS qeydiyyat mərkəzi (Registration Centre) kimi fəaliyyət göstərir. Mərkəz imtahanın təşkili üçün “British Council” tərəfindən müəyyən edilmiş tələblərə cavab verən infrastruktur və müvafiq şərait təmin edir.
İmtahan DİM-in elektron imtahanlar korpusunda – Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50 ünvanında təşkil olunacaq.
İlkin müraciət üçün hiperkeçiddən istifadə etmək lazımdır: IELTS imtahanında iştirak üçün ilkin müraciət forması
Müraciət qəbul edildikdən sonra namizəd üçün IELTS portalında hesab yaradılacaq və ödənişin həyata keçirilməsi məqsədilə hesaba giriş imkanı veriləcək.
İmtahanda iştirak üçün qeydiyyat və ödəniş prosesi IELTS portalı üzərindən aparılır. İştirak haqqı 575 manatdır. DİM isə bu prosesdə yalnız rəsmi qeydiyyat mərkəzi kimi çıxış edir.
Qeydiyyat prosesi və imtahanla bağlı əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.