ABŞ fond bazarlarında əsas indekslər Nvidia rəhbəri Censen Huangın gözlənilməz şəkildə vəzifədən ayrılması ilə bağlı narahatlıqlara baxmayaraq yüksəlib. Şirkətin səhmləri ticarət sessiyasının əvvəlində daha ciddi itkilər versə də, sonradan ucuzlaşmanın bir hissəsini bərpa edib.
Monetar.az xəbər verir ki, Moskva vaxtı ilə saat 20:46-ya olan məlumata görə, S&P 500 indeksi 0,15%, Nasdaq 0,12%, Dow Jones isə 0,35% artıb.
Nvidia səhmlərinin qiyməti 5,24% geriləyib. Bununla belə, ticarətin ilk saatlarında qeydə alınan daha kəskin enişdən sonra səhmlər qismən bahalaşıb.
Reuters-in məlumatına görə, fərdi investorlar ticarətin ilk 30 dəqiqəsində ucuzlaşmadan yararlanaraq Nvidia səhmlərindən təxminən 111 milyon dollar dəyərində alıblar. Bu, şirkətin səhmləri üzrə açılışdan sonrakı ilk yarım saatda qeydə alınan rekord alış həcmi olub.
Nvidia rəhbərinin vəzifədən ayrılması şirkətin gələcək strategiyası ilə bağlı suallar yaradıb. Bununla yanaşı, neft qiymətlərinin yüksəlməsi enerji sektorunun səhmlərinə dəstək verərək ABŞ fond bazarındakı ümumi artıma müsbət təsir göstərib.