Qızıl və gümüş ucuzlaşdı - Əmtəə bazarında son vəziyyət

Qızıl və gümüş ucuzlaşdı -

 Dünya əmtəə bazarında qiymətlər müxtəlif istiqamətlərdə dəyişib. Avropada təbii qazın qiyməti kəskin artdığı halda, qiymətli metallar və bəzi kənd təsərrüfatı məhsulları ucuzlaşıb.

Monetar.az xəbər verir ki,  enerji əmtəələri arasında ən çox bahalaşma Avropa təbii qazında qeydə alınıb. Onun qiyməti 8,95% artıb. Böyük Britaniyada təbii qaz 8,10%, Almaniyada isə 6,31% bahalaşıb.

Neft bazarında da artım müşahidə olunub. Brent markalı neft 2,54%, xam neft isə 1,87% bahalaşıb. Metanolun qiyməti isə 5,95% azalaraq enerji əmtəələri arasında ən kəskin ucuzlaşmanı göstərib.

Qiymətli metallar bazarında enmə qeydə alınıb. Gümüşün qiyməti 2,97%, qızılın qiyməti isə 2,69% geriləyib. Dəmir filizi də 1,83% ucuzlaşıb.

Kənd təsərrüfatı məhsulları arasında isə ən çox bahalaşma qəhvədə olub. Onun qiyməti 3,82% artıb. Kauçuk 3,20%, kakao isə 2,90% bahalaşıb. Əksinə, taxta-şalbanın qiyməti 1,90%, buğdanın qiyməti isə 1,68% azalıb.