Əhali dərmanlara, yoxsa siqaret və içkiyə daha çox pul xərcləyir?

13 İyun 2025
16:43
2025-ci ilin 5 ayı üzrə pərakəndə ticarət dövriyyəsinə dair rəqəmlər əhalinin istehlak vərdişlərində diqqətçəkən mənzərəni ortaya qoyur.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən yanvar-may aylarında Azərbaycanda istehlakçılar tərəfindən tütün və alkoqollu içkilərə təxminən 1 milyard 65 milyon manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlara isə 598 milyon manat xərclənib.
Əhali siqaret və alkoqollu içkilərə dərmanlardan 1,8 dəfə çox pul xərcləyir.
2025-ci ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,6 faizi içkilər və tütün məmulatlarının, 2,6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.