Microsoft ABŞ-da əməkdaşlara erkən pensiya təklif edir

Microsoft ABŞ-da əməkdaşlara erkən pensiya

Microsoft ABŞ-da müəyyən kriteriyalara uyğun əməkdaşlar üçün birdəfəlik könüllü erkən pensiya proqramı elan edib. Bu barədə CNBC və Bloomberg məlumat yayıb.

Bu təşəbbüs şirkətin 51 illik tarixində ilk belə addım hesab olunur. Proqram ABŞ-da işləyən və ümumi iş stajı ilə yaşı birlikdə 70 il və daha çox olan, baş direktor səviyyəsindən aşağı vəzifələrdə çalışan əməkdaşlara şamil ediləcək. Uyğun şəxslər və onların rəhbərləri 7 may tarixində ətraflı məlumat alacaqlar. Satış stimullaşdırma planlarında iştirak edən işçilər isə bu proqramdan yararlana bilməyəcək.

Məlumata görə, proqram Microsoft-un ABŞ-dakı əməkdaşlarının təxminən 7%-ni əhatə edəcək. Bu addım texnologiya sektorunun süni intellekt bumunun yaratdığı dəyişikliklərə uyğunlaşması fonunda atılır.

Bundan əlavə, şirkət illik mükafatlandırma sistemində dəyişiklik edərək səhmləri pul bonuslarından ayırır. Bu isə rəhbərliyə yüksək nəticə göstərən əməkdaşları daha çevik şəkildə mükafatlandırmaq imkanı verəcək.

 

MONETAR.AZ