Mingəçevirdə 5-ci dəfə “Kürü keçək?!” yarışı təşkil olunacaq

Mingəçevirdə 5-ci dəfə “Kürü keçək?!”

Avqustun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə açıq suda ənənəvi kütləvi üzmə yarışı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarış Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında baş tutacaq.

Sayca 5-ci dəfə təşkil ediləcək yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik 12 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.

“Kürü keçək?! 5” adlı yarış 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə keçiriləcək.