Oğuz-Qəbələ-Bakı su kəməri dayandı – 20 iyuna qədər gözləyin!

16 İyun 2025
11:42
Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, işlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262,5 kilometr, diametri 2000 millimetr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla özaxımlıdır və şüşəlifli (GRP) borulardan çəkilmişdir. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan, çay və yol keçidləri də daxil olmaqla 55 kilometrlik hissəsi polad borulardan tikilib.
MONETAR.AZ