Özbəkistanda tarixi demoqrafik sıçrayış qeydə alınıb

Özbəkistanda tarixi demoqrafik sıçrayış

Özbəkistan müstəqillik tariqində ilk, ümumilikdə isə son 37 ildə ilk dəfə keçirilən genişhəcmli əhali siyahıyaalınmasının ilkin nəticələrini elan edib. Rəsmi rəqəmlər ölkədə gözləniləndən daha böyük demoqrafik artımın baş verdiyini ortaya qoyub.

Özbəkistan Milli Statistika Komitəsinin sədri Behzod Hamrayevin rəsmi hesabatına əsasən, ölkənin faktiki əhalisinin sayı 39 milyon 47 min 321 nəfərə çatıb. Bu göstərici, cari statistik proqnozların təxmin etdiyindən 810 min nəfər daha çoxdur. Ən mühüm məqam isə odur ki, Özbəkistan əhalisi sonuncu Sovet siyahıyaalınmasının keçirildiyi 1989-cu ildən bəri düz iki dəfə artıb.

Siyahıyaalmanın nəticələri ölkədə etnik özbəklərin payının dominant olduğunu və özbək dilinin mövqeyinin daha da möhkəmləndiyini göstərir:

  •  Özbəklər: 89,4% (~34.9 milyon nəfər)

  •  Taciklər: 3,3%

  • 🇰arakalpaklar: 2,2%

  •  Qazaxlar: 1,8%

  •  Ruslar: 1,6%

  • Ana dili: Sakinlərin 91,3%-i özbək dilini ana dili kimi qeyd edib (bu, etnik özbəklərin nisbətindən 1.9 faiz bəndi yüksəkdir).

Yeni rəsmi verilənlər bazası Özbəkistan cəmiyyətinin profilini rəqəmlərlə belə xarakterizə edir:

 BMT-nin Əhali Fondu (UNFPA) ilə tərəfdaşlıq çərçivəsində reallaşan bu proses həm onlayn (82,3%-i rəqəmsal platformalar üzərindən), həm də 55 mindən çox yerli qeydiyyatçının planşetlərlə evləri ziyarət etməsi vasitəsilə aparılıb. Ölkə əhalisinin 97,3%-ni əhatə edən bu meqa-layihədə bir nəfərin qeydiyyata alınma xərci cəmi 0,12 dollar (12 sent) təşkil edib ki, bu da beynəlxalq təcrübədə yüksək rəqəmsal səmərəlilik göstəricisi hesab olunur.