Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Aramco iyul ayında mayeləşdirilmiş neft qazı (LPG) üzrə rəsmi satış qiymətlərini 24–27% azaldıb. Treyderlərin çərşənbə günü verdiyi məlumata görə, Əlcəzairin Sonatrach şirkəti də qlobal bazarda təklifin artması fonunda qiymətləri 2–10% aşağı salıb.
Saudi Aramco iyul ayı üçün propanın rəsmi satış qiymətini hər metrik ton üzrə 180 ABŞ dolları azaldaraq 580 dollara, butanın qiymətini isə 220 dollar endirərək 600 dollara salıb.
Propan və butan LPG-nin əsas növləridir və qaynama temperaturuna görə fərqlənirlər. Bu yanacaq əsasən avtomobillər üçün yanacaq, isitmə məqsədləri və neft-kimya sənayesində xammal kimi istifadə olunur.
Sonatrach isə iyul ayında propanın rəsmi satış qiymətini hər ton üzrə 57 dollar azaldaraq 518 dollara, butanın qiymətini isə 10 dollar endirərək 600 dollara çatdırıb.
Saudi Aramco-nun rəsmi satış qiymətləri Yaxın Şərqdən Asiya-Sakit okean regionuna LPG tədarükü üzrə müqavilələr üçün əsas qiymət göstəricisi hesab olunur. Sonatrach-ın rəsmi satış qiymətləri isə Aralıq dənizi və Qara dəniz hövzəsi, o cümlədən Türkiyə bazarı üçün etalon rolunu oynayır.
MONETAR.AZ