2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin reytinqinə "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (AIMC) liderlik edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın iyun sayında bildirilir.
Məlumata görə, hesabat dövründə şirkətin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artaraq 153,4 milyon ABŞ dollarına çatıb.
Reytinqdə ikinci yerdə "Prime Cotton" MMC (79 milyon ABŞ dolları), üçüncü yerdə isə "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (55,9 milyon ABŞ dolları) qərarlaşıb.
İlk beşliyi həmçinin "Baku Steel Company" QSC və "AGRARCO" MMC tamamlayıb.
İİTKM-nin məlumatına əsasən, hesabat dövründə qeyri-neft ixracının artırılması istiqamətində qeyri-dövlət sektorunun fəaliyyəti müsbət dinamika nümayiş etdirib və bir sıra ixracatçı şirkətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac həcmlərini artırıblar.
MONETAR.AZ