Azərbaycanın qeyri-neft ixracı 1,5 milyard dollara çatıb

Azərbaycanın qeyri-neft ixracı

2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq 1,5 milyard ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın iyun sayında bildirilir.

Məlumata görə, may ayında qeyri-neft ixracı illik müqayisədə 27,2 faiz artaraq 396,7 milyon ABŞ dollarına yüksəlib. Hesabat ayında yeyinti məhsullarının ixracı 23,8 faiz artaraq 144,6 milyon dollar, qeyri-yeyinti məhsullarının ixracı isə 30,7 faiz artaraq 288,5 milyon dollar olub.

Yanvar-may aylarında aqrar məhsulların ixracı 25,2 faiz artaraq 414,5 milyon dollara, aqrar-sənaye məhsullarının ixracı isə 39 faiz artaraq 160,5 milyon dollara çatıb. Beləliklə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 575,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz çoxdur. 

MONETAR.AZ