Aİ ilə ABŞ arasında yeni ticarət sazişi bu gündən qüvvəyə minir

Aİ ilə ABŞ arasında yeni ticarət sazişi

Avropa İttifaqı ilə ABŞ arasında yeni ticarət sazişi iyulun 1-dən qüvvəyə minəcək.

Avropa Şurasının məlumatına görə, razılaşmaya əsasən, Avropa məhsulları ABŞ bazarına 15 faizlik gömrük rüsumu ilə daxil olacaq. Bunun müqabilində isə ABŞ məhsulları Avropa İttifaqı ölkələrinə sıfır gömrük rüsumu ilə ixrac ediləcək.

Aİ Şurasının bəyanatında bildirilib ki, İttifaq ABŞ ilə ticarət sazişinin təsdiqi prosesini başa çatdırıb və sənəd iyulun 1-dən tətbiq olunacaq.

Razılaşmaya əsasən, Avropa İttifaqı 2028-ci ilə qədər ABŞ-dən 750 milyard dollar dəyərində enerji resursları almağı da öhdəsinə götürür.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından sazişin iyulun 4-dək qüvvəyə minməsini tələb etmiş, əks halda Aİ-yə qarşı əlavə gömrük rüsumlarının tətbiq edilə biləcəyini açıqlamışdı.

MONETAR.AZ