Bu gündən metroda yay hərəkət qrafik tətbiq olunur

Bu gündən metroda

İyulun 1-dən Bakı Metropoliteninin Bənövşəyi xətti üzrə yay hərəkət qrafiki tətbiq ediləcək.

Bakı Metropolitenindən bildirilib ki, yay qrafikinə əsasən, "Xocəsən–8 Noyabr" və əks istiqamətdə qatarlar 8 dəqiqə intervalla hərəkət edəcək. "Avtovağzal–8 Noyabr" sahəsində isə qatarların hərəkət intervalında əlavə dəyişiklik nəzərdə tutulmur.

Məlumata görə, yay dövründə xətt üzrə sərnişin axını və istismar göstəriciləri davamlı monitorinq ediləcək. Ehtiyac yarandıqda sərnişin tələbatını tənzimləmək məqsədilə ehtiyat qatarlar xəttə buraxılacaq.

Bənövşəyi xətt üzrə yay hərəkət qrafiki yeni tədris mövsümünün başlanmasına qədər qüvvədə qalacaq.

MONETAR.AZ