"Azərkosmos" 5 ayda 11 milyon dollarlıq xidmət ixrac edib

"Azərkosmos" 5 ayda 11 milyon dollarlıq

2026-cı ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") dünyanın 33 ölkəsindən 90-a yaxın şirkətə 10,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidməti göstərib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nda bildirilir.

Məlumata görə, hesabat dövründə "Azərkosmos"un ümumi gəlirlərinin 63 faizi ixrac əməliyyatlarının payına düşüb. Xidmət göstərilən əsas bazarlar sırasında Böyük Britaniya, Lüksemburq, Türkiyə, Pakistan, İsveç və Misir yer alıb.

Peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beşlikdə 1,8 milyon ABŞ dolları ilə Böyük Britaniya lider olub. Sonrakı yerlərdə 1,3 milyon dollarla Lüksemburq, 490 min dollarla Türkiyə, 486 min dollarla Pakistan və 187,2 min dollarla İsveç qərarlaşıb.

MONETAR.AZ