Elektromobil bazarında taxt müharibəsi: BYD yenidən "Tesla"nı qabaqlayır

Elektromobil bazarında taxt müharibəsi: BYD yenidən

Çinin avtomobil nəhəngi "BYD Co.", xarici bazarlardakı aqressiv genişlənmə strategiyası sayəsində tam elektrikli avtomobil (BEV) satışlarında İlon Maskın "Tesla" şirkətini növbəti dəfə geridə qoyaraq dünya lideri titulunu geri almağa hazırlaşır.

Bloomberg agentliyinin yaydığı məlumata görə, məşhur "Dolphin" modelinin istehsalçısı olan BYD cari ilin ikinci rübündə qlobal bazara 557 090 ədəd tam elektrikli avtomobil tədarük edib. Bu rəqəm şirkətin ötən ilki rekordları ilə müqayisədə bir qədər aşağı olsa da, analitiklərin rəyinə görə, "Tesla"nı taxtından salmaq üçün tamamilə kifayətdir.

Gələn həftə rəsmi hesabatını açıqlayacaq "Tesla"nın göstəricilərinin Çin rəqibindən xeyli geri qalacağı gözlənilir.

İki nəhəng arasındakı rəqabət təkcə qiymətlərlə deyil, həm də geosiyasi və coğrafi faktorlarla formalaşır.

BYD ilk dəfə qlobal miqyasda "Tesla"nı geridə qoyaraq il boyu üstünlüyünü saxladı. Ekspertlər qeyd edir ki, xüsusilə Avropada İlon Maskın siyasi fəaliyyəti və ABŞ Prezidenti Donald Trampla yaxın münasibətləri bəzi Qərb istehlakçılarının "Tesla"dan imtina etməsinə səbəb olub.

"Tesla" Çin daxili bazarında tələbatın müvəqqəti zəifləməsindən istifadə edərək təxminən 48 min avtomobil fərqi ilə liderliyi geri qaytarmışdı.

 BYD-nin ümumi satışları iyun ayında illik müqayisədə 5,5% artaraq 403 472 ədədə çatıb. Ən əsası isə satışların 43%-i xarici bazarların (Çindən kənar ölkələrin) payına düşüb.

Çin bazarında "Geely" və texnologiya nəhəngi "Xiaomi" ilə kəskin qiymət müharibəsi aparan BYD, rəqabətdə önə keçmək üçün daxili Ar-Ge (R&D) gücünü artırır. BYD may ayının sonunda Çində pilotsuz idarəetmə sistemləri üçün nəzərdə tutulmuş ən güclü yerli avtomobil çipini təqdim edib. Şirkət həmçinin yeni nəsil batareyaların (EV battery) kütləvi istehsalını sürətləndirib.

Tesla-nın Çin gedişi: Yerli rəqiblərin sürücüyə yardım (Advanced Driver Assistance Systems) texnologiyalarında sıçrayış etdiyini görən "Tesla", Çində bu proqram təminatının tətbiqində yaranan çoxsaylı gecikmələri kompensasiya etmək üçün yerli Sİ və avtopilot mütəxəssislərini kütləvi şəkildə işə qəbul etməyə başlayıb.

MONETAR.AZ